Amerika
Birləşmiş Ştatlarında dövlətə və dövlətin siyasətinə erməni lobbilərinin təsiri
nəhayət özünü tam qabarıq şəkildə göstərdi.
Hər dəfə Amerikada prezident seçkiləri öncəsi namizədlər prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını dilinə gətirəcəyini
vədd edərək lobbilərin səsini və dəstəyini qazanmaq üçün bundan siyasi məqsəd
üçün istifadə etmişlər. Lakin Cozef Baydenə qədər heç kəs soyqırım ifadəsini
dilinə gətirməmişdir, bu yalana ortaq olmaq istəməmişdir. Baydenin ifadəsinin Tükriyəyə heç bir xələl gətirməyəcəyinə əminəm
, ancaq Amerikanın , özünü dünyaya demokratik, ədalət carçısı kimi tanıdan dövlətin
daxildəki təzyiqlərini və demokratik fikirdən kənar olduğunu, tarixi həqiqətləri
yalanla ört bast etdiyini aydın şəkildə göstərdiyini görürük.
24 aprel tarixində Baydenin erməni soyqırımı kəlməsini işlətməsi həm
verdiyi vədi yerinə yetirmək, həm də bir növü Türkiyəyə təzyiq kimi qiymətləndirilə
bilər. Ancaq Amerika Prezidenti deyəsən
türkün məşhur deyimini unudub: Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Ermənilər
də anlamalıdır ki, yalan iftiralar ancaq onların əleyhinə ola bilər. Baydenin
"soyqırım" məsələsinə xüsusi önəm verməsindən irəli gələrək ermənilərin
Şərqi Anadoluda və Qafqazda törətdikləri genosidlərə də münasibət bildirsəydi
onda bu, demokratik dəyərlərə bir nümunə olardı.
Qondarma erməni soyqırımı Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin məhv edildiyi
irəli sürülən yalançı iddiadır. Türkiyə
Cümhuriyyəti bu məsələni erməni - türk qarşıdurması kimi dəyərləndirir. Bir neçə dövlət bu hadisəni tarixə əsaslanaraq yox, bəzi
siyasi faktorların təsiri ilə qəbul ediblər. Tarixi həqiqətləri araşdırdıqda isə
başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində
ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti
27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin
soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs
edilmişdir . Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran
canilər, qaniçənlər idi. Köç karvanı Anadoluda yaşayan erməniləri Osmanlı Dövlətinin başqa ərazilərinə köçürməyi
nəzərdə tutmuşdu.
Göründüyü kimi Amerika prezidenti ya tarixi bilmir , ya da qəsdən tarixi
saxtalaşdırmaq istəyir. Əgər həqiqətlər Amerika üçün maraqlı olsa idi , Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın “ gəlin arxivlərimizi açaq və həqiqətləri
araşdırmaq üçün dünya tarixçilərinə müraciət edək” təklifini qəbul edərdi. Ancaq nədənsə nə
Amerika , nə də qondarma erməni soyqırımını tanıyan bəzi dövlətlər Ərdoğanın bu sözünə cavabsız qalırlar.
Görünür yalanlarının üstü açılacağını yaxşı bilirlər. Özünü dünya lideri sayan,
haqq ədalət carçısı kimi qələmə verən Amerika nəyə görə tarixi araşdırmaq yerinə
yalan fikirlər söyləməyi üstün tutdu? Həmin dövrdə türklərin ermənilər tərəfindən
qətlini bilə - bilə , üstəgəl erməni soyqırımı ifadəsini seçdi. Əgər ədalət
axtarırsansa bəs 1918-ci ildə qətl edilən azərbaycanlılar? Çox uzağa getməyək, 1992-ci il Xocalı
soyqırımını nəyə görə dilinə gətirmirlər?
Qocaları, qadınları, körpələri qətl edən məhz ermənilər deyilmi? Bunlardamı araşdırıla bilməyəcək hadisədir?
Qarabağda törətdiyi cinayətlər, dağıntılar, daş üstə-daş qoymamaları aşkar vəhşiliyin
nümünələridir. Ancaq saxta tarixə əsaslanan Baydendən bunları dilinə gətirməsini gözləmək
yersizdir. Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil.
Bəxtiyar Əhmədov, Xocalı rayon Yaloba kənd tam orta məktəbin ingilis dili müəllimi